Kinostudiyalarda qaynayan həyat


Digərləri 12 İyn 2019 23:25:00 69 0

Kinostudiyalarda qaynayan həyat

1929-cu ildə Şimali Amerikanın kino sənayesi beş böyük studiyanın əlində cəmləşmişdi. Bunlar "Paramount", "Metro Goldwyn Mayer" "Fox", "Warner Bros" və "R.K.O" idi. Bunlardan bir qədər kiçik olanlar "Columbia", "United artists" və "Universal" sayılırdı. "Universal" 1912-ci ildə Karl Lemli tərəfindən Hollivudda yaradılıb. Onun rəhbəri ürəyiaçıq olduğundan onu "Karl əmi" kimi çağırırdılar. "Universal" studiya əsasən kiçik büdcəli filmlər çəkirdi. Bu studiya özünün populyarlığını ancaq 1930-cu illərdə "Drakula", "Frankeşteyn" və ya "Gözə görünməz adam" filmlərinə görə qazanmağa başlayıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, 1914-cü ildə Vilyam Hodkinson tərəfindən yaradılan "Paramount" kinostudiyası rəmzi olaraq Adolf Zukorun şəxsi möhürünü daşıyırdı. O, kinostudiyaya 1916-cı ildən rəhbərlik etməyə başlamışdı. Onun hətta belə bir şüarı da vardı: "Əgər filmi Paramount çəkibsə, demək şəhərin ən yaxşı kinostudiyasında çəkilib". Zukor ətrafına ən yaxşı kinorejissorları toplamışdı. Onların vasitəsilə filmlərə bir nömrəli aktyorlar cəlb olunurdu. Zukor tarixdə ən "mülayim" kino maqnatlarından sayılırdı. Öz işçilərini anlayır və onlara hörmətlə yanaşırdı. Onu maraqlandıran yeganə şey filmlərinin beynəlxalq aləmdə yayılması idi. Hər bir film çəkildikdən sonra Zukor onları uşaqlarına göstərirdi. Əgər film uşaqların xoşuna gəlirdisə, demək uğur qazanacaqdı.

"United artists" kinokompaniyasının 1919-cu ildə yaradılmasına baxmayaraq, o, digər studiyalar kimi uğur qazana bilmədi. Kinokompaniya David Qriffiz, Çarles Çaplin, Douqlas Feirbanks və Meri Pikford tərəfindən yaradılmışdı. Uğursuzluğunun başlıca səbəbi digər kino ulduzlarını öz filmlərinə cəlb etməməsində idi.

1923-cü ildə Heri, Sam, Albert və Cek Varner qardaşları tərəfindən "Warner Brothers" studiyası yaradılır. Kiçik bir kompaniya kimi yaradılan "Warner Brothers" sonradan səsli kinonun yaranması ilə böyük kinostudiyalardan birinə çevrilir. Studiyanın rəhbəri bir ailənin üzvləri olduğundan burda o biri kinokompaniyalardakı kimi daxili çəkişmələr olmurdu. Amma bütün işi Cək Varner görürdü. O, kifayət qədər zəhmli bir insan idi. İşçiləri ilə həmişə problemlər yaşayırdı. Onun yeganə istəyi filmləri konveyer üsulu ilə istehsal etmək idi.

Bəzi kino tarixçiləri "Warner studiyası"nı böyük dükanlara, "Metro Goldwyn Mayer" isə əsrarəngiz zinət əşyaları satılan dükana bənzədirdi. Bu, sonuncusu 1924-cü ildə "Metro pictures", "Goldwyn pictures" və "Louis B. Mayer pictures" kimi kompaniyaların birləşməsi nəticəsində yaranıb. Sonradan o, Şimali Amerika kino sənayesində ən əsas kinokompaniyalardan birinə çevrilir. Güman olunurdu ki, "Metro Goldwyn Mayer"in studiyasında sanki göydəki ulduzlardan da çox ulduz var idi.

"Metro pictures" ilə bərabər Herri Cohnun rəhbərliyi altında "Columbia pictures" yaranır. Onu "Mayer"dən fərqləndirən cəhət ondan ibarət idi ki, Cohn dəbi sevmirdi. O, deyirdi: "Mən kralam". O, studiyada hamını ciddi nəzarətdə saxlayırdı. Onu da qeyd etmək lazımdır ki, "Columbia pictures"in kinoteatr şəbəkəsi yox idi. Ancaq kompaniyanın işi Cin Artur, Cladet Colbert, Keri Qrənt, Malvin Daqles kimi aktyorların sayəsində yaxşı gedirdi.

Böyük studiyalar sırasında "R.K.O" kinostudiyasının da öz yeri vardır. O kinostudiya rəhbərinin adı ilə deyil, sadə filmləri ilə tanınırdı. Buna baxmayaraq o, bəzi məqamlarda bəxti gətirən bir kinostudiya idi. Fred Astair, Cincer Rocers kimi aktyorların və "Kinq Konq", "Vətəndaş Keyn" kimi filmlərin sayəsində "R.K.O" əvvəllər heç kimin gözləmədiyindən də uzağa gedə bildi.

1935-ci ildə "Twentieth century pictures" kinokompaniyasının "Fox film corporation"la birləşməsi nəticəsində böyük studiyaların siyahısına "Twentieth century Fox" kinokompaniyası əlavə olunur. Digər kompaniyalardan fərqli olaraq bu studiyanın rəhbəri Zanukun kinodan başı yaxşı çıxırdı. İdman və qadın həvəskarı olan Zanuk sanki bir zəlzələ idi. Hər zaman gündəmdə qalırdı. Bu studiyanın yetirmələri sonralar hamının sevdiyi Şirley Templ, Betti Qreybl, Teron Pauer və Merlin Monro sayılırdı.

Nəhəng studiyalarla bərabər Holivudda "Monogram", "Reliable" və ya "Republic pictures" kimi nisbətən kiçik kinokompaniyalar da fəaliyyət göstərirdilər. 1935-ci ildə yaradılan "Reliable" kinokompaniyası əsasən vestern janrında və kiçik büdcəli macəra serialları çəkməklə məşğul olurdu.


Xəbərə aid fotolar

ABŞdan Türkiyəyə kritik səfər: like
  • 12 İyn 23:16  
Dünya ABŞdan Türkiyəyə kritik səfər:

ABŞ Dövlət Katibliyinin Terrorla Mübarizə üzrə koordinatoru Natan Sales T

arrow Ətraflı
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO) like
  • 12 İyn 23:11  
Digərləri Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səfər edib (FOTO)

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Latviyaya səf

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:07  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Azərbaycan nefti ucuzlaşır like
  • 12 İyn 23:00  
Digərləri Azərbaycan nefti ucuzlaşır

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın y

arrow Ətraflı
Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir like
  • 12 İyn 22:58  
Dünya Yunanıstanda vergi pozuntuları dronlar vasitəsilə sənədləşdirilir

Yunanıstanın Santorini adasına Vergi Nazirliyi tərəfindən vergi pozuntular

arrow Ətraflı
Yüksək təzyiqi salmaq üçün like
  • 12 İyn 22:53  
Digərləri Yüksək təzyiqi salmaq üçün

Hipertoniya insan sağlamlığına çox ciddi ziyan vurur, ağır xəstəliklər

arrow Ətraflı
London aeroportunda "Brexit" lağa qoyuldu  FOTO like
  • 12 İyn 22:49  
Digərləri London aeroportunda "Brexit" lağa qoyuldu FOTO

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hit

arrow Ətraflı
Natan Seyls Türkiyəyə səfər edəcək like
  • 12 İyn 22:40  
Dünya Natan Seyls Türkiyəyə səfər edəcək

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Nata

arrow Ətraflı
ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək like
  • 12 İyn 22:35  
Digərləri ABŞ-ın terrorçuluqla mübarizə üzrə koordinatoru Ankaraya səfər edəcək

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Nata

arrow Ətraflı
55 baş qoyun ildırım vurmasından tələf oldu like
  • 12 İyn 22:35  
Dünya 55 baş qoyun ildırım vurmasından tələf oldu

Türkiyənin Əskişəhər bölgəsində bir gecədə 55 baş qoyunu ildırım v

arrow Ətraflı