Birə dişləyindən necə qorunaq? TƏBİİ ÜSULLAR


Digərləri 12 İyn 2019 23:30:00 616 0

Birə dişləyindən necə qorunaq?  TƏBİİ ÜSULLAR

Birə dişləməsi ən çox yay aylarında olur. Bu, şiddətli qaşıntı ilə biruzə verir.

Son.az medicina.az-a istinadən birə dişləməsindən qorunmaq üçün üçün faydalı məlumatları təqdim edir.

Birələr qan əmicidir. Birələrin dişləməsi ilə birlikdə bədəndə buna bağlı qaşınma, yanma, qızartı müşahidə edilir. Birələr bədənimizə çox təhlükəli olmayan mikrob da keçirə bilər. İlkin olaraq aptekdən reseptsiz satılan qaşıntı əleyhinə tibbi məhsullar almaq lazımdır. Bu, yaraların qaşınmasının qarşısını alır.

BUZ:  Əgər aptekdən uzaqdasınızsa, dişlək yerlərinə buz qoyun. Nəticədə qıcıqlanma dayanacaq, qaşınma istəyi yox olacaq.

DUŞ ALMAQ:  Əgər birə dişləməsinin fərqinə vardınızsa, duş alın. Su və sabunla yaxşıca həmin nahiyəni ovuşdurun. Çimmək eyni zamanda bədəndəki birələri də yuyub aparacaq. Buna görə də ən yaxşı yol məhz budur. 

LİMON: Limon suyu birə dişləməsində təsirli vasitədir. Şişi aparır, geyişmə dayanır, eyni zamanda infeksiya riski aradan qalxır.