Baş ağrılarından təbii üsullarla belə xilas olun QAYDALAR


Digərləri 12 İyn 2019 22:44:00 275 0

Baş ağrılarından təbii üsullarla belə xilas olun  QAYDALAR

Baş ağrısı bəzən dözülməz hala çatır. Ağrılar baş qaldırdığı zaman təbii yollar tapmaq daha məsləhətlidir. Təbii üsullar hər zaman daha effektiv və sağlam yoldur.

Son.az medicina.az-a istinadən şiddətli baş ağrılarından azad olmaq üçün təbii üsulları təqdim edir.

Xroniki baş ağrısı zamanı mütləq həkimə müraciət etmək lazımdır. Normal baş ağrılarını isə dərmansız da keçirmək olar.

LAVANDA

Sakitləşdirici təsiri olan lavanda baş ağrısı üçün də təsirlidir. Bu bitkinin qoxusu baş ağrısı və miqren əlamətlərini azaldır. Xüsusilə stressdən qaynaqlanan baş ağrısı zamanı bir stəkan suya lavanda yağı damcıladın. Bu qarışığı qoxlamaq sizə yaxşı təsir bağışlayacaq.

NANƏ-LİMON

Təmiz bez və yaxud tənzifi nanə-limon suyunda isladın. Sıxıb alnınızda saxlayın. Bu prosesi tez-tez təkrarlaya bilərsiniz. Digər təklif isə nanə yağını qoxlamaqdır.

ZƏNCƏFİL

Ağrıkəsici xüsusiyyəti də olan zəncəfil çayı qəbul etmək baş ağrısını yüngülləşdirir. 

İSTİ SU VƏ BUZ TORBASI

Boyununza buz torbası qoyarkən, ayaqlarınızı isti suya salın. Bu üsul olduqca təsirlidir. Baş ağrınız tez zamanda azalcaq. Bunun səbəbi vücudda qanın fəaliyyətinə təsir etməkdir. Bu üsul tətbiq edildiyində damarlar rahatlanır. 

QƏHVƏ

Gündə bir fincan qəhvə içmək ağrıkəsici xüsusiyyəti daşıyır. Lakin unutmamaq lazımdır ki, bu içkini tez-tez içmək də olmaz. Əgər günə bir fincan qəhvə düsturuna əməl etsəniz, nəinki baş ağrısından xilas olacaq, başqa faydalarını da görəcəksiniz.