London aeroportunda "Brexit" lağa qoyuldu FOTO


Digərləri 12 İyn 2019 22:49:00 246 0

London aeroportunda "Brexit" lağa qoyuldu  FOTO

Britaniyanın məşhur strit-art rəssamı Benksinin yeni qrafitisi Londonun Hitrou hava limanında peyda olub.

Son.az oxu.az-a istinadən bildirir ki, rəssamın rəsmi "Instagram" səhifəsində dərc olunan fotoşəkildə Avropa İttifaqından gələn sərnişinlərin gömrük yoxlamasına aparan qapalı giriş təsvir olunub. Bağlı qapının üzərində "Keep Out" (giriş qadağandır) yazısından qopmuş "T" hərfi ilə siçovul qapının qıfılını sındırmağa çalışır.

Qrafiti təkcə 12 saat ərzində sosial şəbəkədə 700 mindən çox layk toplayıb.

Qeyd edək ki, Benksi sirli-rəssam, təxribatçı-yumoristdir, o ümumiyyətlə yeni trend ərsəyə gətirərək, küçə incəsənəti haqqında yeni ictimai rəy formalaşdırıb. Onun əsərlərində başlıca olaraq siyasət, müharibələr, kapitalizmin çirkin tərəfləri pislənilir.


Xəbərə aid foto