Natan Seyls Türkiyəyə səfər edəcək


Dünya 12 İyn 2019 22:40:00 252 0

Natan Seyls Türkiyəyə səfər edəcək

ABŞ Dövlət Departamentinin terrorçuluqla mübarizə üzrə koordinatoru Natan Seyls Türkiyəyə səfər edəcək.

Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, səfər yaxın bir həftədə baş tutacaq, lakin dəqiq tarix bildirilmir.

Qeyd edilir ki, Dövlət Departamentini nümayəndəsi Türkiyədə xarici terrorçuların repatriasiyası, sərhəd təhlükəsizliyi və PKK, "Əl-Qaidə" və İŞİD terror qruplaşmaları ilə mübarizəni müzakirə edəcək.