Dubay aeroportları birdəfəlik plastik qabların istifadəsindən imtina edirlər


Digərləri 12 İyn 2019 22:13:00 257 0

Dubay aeroportları birdəfəlik plastik qabların istifadəsindən imtina edirlər

Dubayın "DubaiAirports" şirkəti tərəfindən idarə edilən iki aparıcı beynəlxalq aeroportu 2020-ci il yanvarın 1-dən öz terminallarının ərazisində birdəfəlik plastik qablardan istifadəni tamamilə qadağan edəcəklər.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dubay beynəlxalq aeroportunun ərazisində fəaliyyət göstərən ictimai iaşə müəssisələri bu təşəbbüsü dəstəkləyərək, ətraf mühitin qorunması naminə plastik qablardan imtinaya razılaşıblar.

Qeyd edək ki, birdəfəlik plastik qablara ərzaq və istehlak məhsulları üçün polietilen paketlər, qida üçün nəzərdə tutulan qablaşdırmalar, butulkalar, fincanlar, çubuqlar, konteynerlər və masa dəstləri aid edilir.