Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!


Digərləri 12 İyn 2019 22:08:00 202 1

Həkimlərdən xəbərdarlıq: Dezodorantlardan düzgün istifadə etmirsiniz!

Fransa kosmetoloqları yüzlərlə insana nəzarət etdikdən sonra belə nəticəyə gəliblər ki, insanların əksəriyyəti dezodorant və antipersirantlardan düzgün istifadə etmirlər.

Mütəxəssislər əsas səhvləri sadalayıb:

1. Həddindən artıq tərləmədən əziyyət çəkmirsinizsə, antiperspirantdan deyil, yaxşı dezodorantdan istifadə edin. Antiperspirant tərin ifrazını bloklayır ki, bu da orqanizm üçün faydalı sayıla bilməz. Bu səbəbdən antiperspirantlardan yalnız istisna hallarda istifadə etmək olar.

2. Son.az saglamolun.az-a istinadən bildirir ki, dezodorant və ya antipersipant yalnız quru dəridə istifadə olunur. Bu səbəbdən duşdan çıxadıqdan dərhal sonra bu vasitələrdən istifadə etməyin, gözləyin ki, dəri tam qurusun.

3. Antiperspirantlardan səhər deyil, axşam yatmazdan əvvəl istifadə edin. Antipersipant tər vəzilərindən tərin ifrazının qarşısını alır, lakin bu effekti almaq üçün müəyyən vaxt lazımdır. Bu səbəbdən bu vasitə dəriyə qabaqcadan çəkilməlidir.