XİN rəsmisi: Rusiya və ABŞ münasibətləri ən pis həddə çatıb


Digərləri 12 İyn 2019 21:32:40 177 0

XİN rəsmisi: Rusiya və ABŞ münasibətləri ən pis həddə çatıb

Rusiya ilə ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən daha pis həddə çatıb

Bakı. Rusiya ilə ABŞ arasındakı münasibətlər “soyuq müharibə” dövründəkindən daha pis həddə çatıb. Trend-in məlumatına görə, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib. O bildirib ki, hazırda Moskva ilə Vaşinqtonun münasibətləri tarixdə qeydə alınan ən aşağı səviyyədədir. S.Ryabkovun sözlərinə görə, “soyuq müharibə” dövründə qarşı duran tərəflər bir-birinin addımlarını, münasibətlərin necə inkişaf edəcəyini proqnozlaşdıra bilirdi, indi isə qarşılıqlı addımları proqnozlaşdırmaq mümkün deyil.