ABŞ İranla bağlı sanksiyaları YENƏ genişləndirdi Bu şirkətlər “qara siyahı”ya düşdü


Dünya 12 İyn 2019 20:54:00 234 0

ABŞ İranla bağlı sanksiyaları YENƏ genişləndirdi  Bu şirkətlər “qara siyahı”ya düşdü

ABŞ İranla bağlı sanksiyalar siyahısını genişləndirib.

Son.az Trend-ə istinadən bildirir ki, ABŞ Maliyyə Nazirliyi iki İraq vətəndaşını, eləcə də İraqın "South Wealth Resourses Company" şirkətini "qara siyahı"ya salıb.

Onlar İranın İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqələrinə görə sanksiya siyahısına salınıb.

Xatırladaq ki, bir müddət əvvəl ABŞ İranın İslam İnqilabı Keşikçiləri Korpusunu terror təşkilatları siyahısına daxil etmişdi.