İstanbulda şiddətli yağışlar


Dünya 12 İyn 2019 19:51:00 237 0

İstanbulda şiddətli yağışlar

İstanbulun Pendik rayonunda güclü yağış nəticəsində məktəblərdən birinin zirzəmisini və birinci mərtəbəsini su basıb.

Son.az Trend-ə istinadən bildirir ki, bununla əlaqədar olaraq məktəbdən uşaqlar təxliyə edilib.

Bundan başqa, təhlükəsizlik məqsədilə bölgədəki uşaq bağçaları da təxliyə olunub. Bir sıra mağaza və müəssisələri də su basdığı deyilir.

Yağışın günün sonunadək yağacağı proqnozlaşdırılır.