“Toylarda verilən şimpanze ətindən virus yayılacaq”


Dünya 12 İyn 2019 19:54:00 191 0

“Toylarda verilən şimpanze ətindən virus yayılacaq”

Bəzi elit toylarda Qərbi Afrikadan gətirilən şimpanze ətindən istifadə olunur. Elm adamları isə bu ətdən istifadə səbəbindən yeni epidemiyanın yarana biləcəyi barədə xəbərdarlıq edib.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, İngiltərədə bəzi zənginlərin toyunda şimpanze ətindən istifadə edildiyi iddiası ilə "Daily Telegraph" qəzeti çıxış edib.

Qəzet bildirir ki, şimpanze əti Qərbi Afrikadan qaçaq yollarla ölkəyə gətirilərək, satılır.

Elm adamları isə bu ətlərin gömrük məntəqələrində DNT testinə məruz qalmasını vacib sayır.

Şərqi İngiltərə Universitetinin mütəxəssisi Ben Garrod isə bir neçə həftə əvvəl Qərbi Afrikadan ABŞ-a gedən təyyarədə çoxlu miqdarda şimpanze əti ələ keçirildiyini bildirib.