Azərbaycanın tranzit gəlirləri artır


Digərləri 12 İyn 2019 19:57:34 194 0

Azərbaycanın tranzit gəlirləri artır

2018-ci ildə Azərbaycanın neft və qaz tranzitindən gəlirləri 10,69 milyon dollar (18,1 milyon manat) təşkil edib

Bakı. Sara İsrafilbəyova - 2018-ci ildə Azərbaycanın neft və qaz tranzitindən gəlirləri 10,69 milyon dollar (18,1 milyon manat) təşkil edib. Trend-in məlumatına görə, bu barədə Hesablama Palatasının hesabatında deyilir. Hesabata əsasən, bu göstərici 2017-ci illə müqayisədə 188,2 min manat və ötən ilin proqnozlaşdırılmış göstəricilərindən 4,2 faiz çoxdur.