Shakhtar-un yeni baş məşqçisi açıqlandı


İdman 12 İyn 2019 19:20:00 293 0

Shakhtar-un yeni baş məşqçisi açıqlandı

Ukraynanın Shakhtar klubunun yeni baş məşqçisi müəyyənləşib.

Goal.az klubun saytına istinadən xəbər yayır ki, Donetsk təmsilçisi Luiş Kaştruya tapşırılıb. Portuqaliyalı mütəxəssislə 2 illik müqavilə imzalanıb.

57 yaşlı məşqçinin son klubu Vitoria olub. O, Portuqaliyanın daha bir neçə klubunu çalışdırıb. Kaştru Shakhtar-da ötən gün Roma-ya baş məşqçi təyin edilən Paulu Fonsekanı əvəzləyib.