İmişlidə 4 otaqlı ev yanıb


Digərləri 12 İyn 2019 19:05:00 227 0

İmişlidə 4 otaqlı ev yanıb

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bakı. İmişli rayonunda ümumi sahəsi 64 kv.m olan birmərtəbəli evdə yanğın olub. Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları 34 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.