Məşhurlar “Qaloş piri” haqqında nə düşünür?


Şou-biznes 12 İyn 2019 18:54:00 234 0

Məşhurlar “Qaloş piri” haqqında nə düşünür?

Sosial şəbəkələrdə Goranboy rayonu Qurbanzadə kəndində çəkilən görüntülər rezonans doğurub.

Belə ki, videoda yerli sakinlər seyid kimi tanınan və 30 il əvvəl iyunun 7-də vəfat etmiş Mir İbiş ağanın evinə yığışıb. Insanlar onun qaloşunu başlarına sürtərək şəfa tapacaqlarına inanırlar. Əvəzində isə pul və qiymətli əşyaları onun evinə qoyurlar.

Sözügedən görüntülər birmənalı qarşılanmayıb. Bəzi istifadəçilər oranı ziyarət edən insanları cahil adlandırsa da, bir kəsim isə onları saf, köməyə ehtiyacı olan insanlar kimi qəbul etdiyini və onların tənqid edilməsinin yersiz olduğunu bildiriblər.

Bəs, mübahisəli məsələ haqqında şou əhli nə düşünür?

Son.az xəbər verir ki, Musavat.com sənət adamları arasında sorğu keçirib. Sorğuda əməkdar artist Lalə Məmmədova, müğənnilər Nadir Qafarzadə, Nura Suri, aktyorlar Elcan Rəsulov, İslam Mehrəliyev, reper "Qurd" iştirak edib.