Ebola bu ölkəyə də çatdı


Dünya 12 İyn 2019 18:29:00 197 0

Ebola bu ölkəyə də çatdı

Bir neçə gün əvvəl Konqo Demokratik Respublikasından ailəsi ilə Uqandaya gəlmiş 5 yaşlı uşaq Ebola virusuna yoluxduqdan sonra vəfat edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu, Uqandada Eboladan qeydə alınmış ilk ölüm halı olub.

Həmin uşaq ötən gün yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilmişdi.

Qeyd edək ki, bu günədək Konqo DR-da Ebola virusuna 2071 yolxuma halı qeydə alınıb. Yoluxanlardan 1396 nəfər ölüb, 575 nəfər sağalıb.