Sudanda növbəti ÇEVRİLİŞ cəhdi


Dünya 12 İyn 2019 18:17:00 260 0

Sudanda növbəti ÇEVRİLİŞ cəhdi

Sudanda növbəti dəfə hərbi çevriliş cəhdi baş verib.

Son.az Trend-ə istinadən bildirir ki, çevriliş cəhdinin qarşısı alınıb. Bir qrup hərbçi Müvəqqəti Hərbi Şuranı devirməyə çalışıb.

Məlumatlara əsasən, 68 zabit hadisə ilə əlaqədar saxlanılıb.

Xatırladaq ki, Sudanın mudafiə naziri Avad ibn Auf aprelin 11-i ölkə prezidenti Ömər Əl-Bəşirin nəzarət altına götürüldüyünü və iki il müddətində ölkəni idarə edəcək Hərbi Şuranın yaradılması haqqında məlumat verib.