Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib


Digərləri 12 İyn 2019 18:17:10 254 0

Xəzər rayonunda Milli Qurtuluş Günü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyəti birgə tədbir keçirdi.

Bakı. “15 İyun - Milli Qurtuluş Günü“ münasibətilə 12.06.2019-cu il tarixində Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı və Xəzər Rayon İcra Hakimiyyəti birgə tədbir keçirdi. Trend-in məumatına görə, tədbirdə YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər RİH-nin başçısı Elşən Salahov, Millət vəkili Rauf Əliyev,YAP Xəzər rayon təşkilatının ilk partiya təşkilatlarının sədrləri və idarə heyətinin üzvləri iştirak etdi. Tədbiri giriş sözü ilə açan YAP Xəzər Rayon təşkilatının sədri Namiq Əhmədov qeyd etmişdir ki, Azərbaycanın müstəqilliyinin, inkişafının əsasında 15 iyun Qurtuluş Günü dayanır. Bu nəaliyyətlərin əldə olunmasında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə inkişaf, tərəqqi və dirçəliş baş vermişdir. Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Ümummilli Lider Heydər Əliyevin siyasəti uğurla davam etdirilir.