Bu il Bakıda XII sinfi bitirənlər də olacaq 655 nəfər


Digərləri 12 İyn 2019 18:02:00 231 0

Bu il Bakıda XII sinfi bitirənlər də olacaq  655 nəfər

"Bu il Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil məktəblərinin I siniflərini 45 616, IX siniflərini 28 993, XI siniflərini 19 786, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 655 nəfər başa vurur".

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu İdarənin müdiri Rəşad Tağıyev deyib.

Onun sözlərinə görə, BŞTİ-nin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 563 müəllim çalışır, şagirdlərin sayına gəlincə, 424 118 şagird təhsil alır.

R.Tağıyev əlavə edib ki, 2019-2020-ci tədris ili üçün paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 44 875 uşaq üçün sorğu yerləşdirilib. Onlardan 41 430-u ümumi təhsil məktəblərini, 3 445-i isə lisey və gimnaziyaları seçib: