Gürcüstanda ardıcıl iki zəlzələ oldu


Dünya 12 İyn 2019 18:04:00 190 0

Gürcüstanda ardıcıl iki zəlzələ oldu

Gürcüstanda iki dəfə zəlzələ baş verib.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, yeraltı təkanlar Axaltsixe rayonunun Atskuri kəndində qeydə alınıb. Kənddə bir dəqiqə intervalla 3,3 və 3,5 maqnitudalı zəlzələ olub.

Birinci zəlzələnin ocağı yerin 13 km, ikincininki isə 6 km dərinliyində yerləşib.

Dağıntılar və xəsarət alanlar olmayıb.