DTXnın tutduğu baş redaktora hökm oxundu


Kriminal 12 İyn 2019 18:07:00 212 0

DTXnın tutduğu baş redaktora hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən İkram Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hakim Əliövsət Abasovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İ.Rəhimov 5 il 6 ay azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 182.2.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrarən hədə-qorxu ilə tələbetmə) maddəsi ilə təqsirli bilinib.

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) İctimai əlaqələr şöbəsinin yaydığı məlumata əsasən, Azərbaycan vətəndaşı Rəhimov İkram Rafiq oğlunun tabeçiliyində olan şəxslərlə birlikdə "Realliq.info" və digər "reket" informasiya saytları yaradıb, həmin internet qəzetlərin jurnalistləri adı altında ayrı-ayrı vətəndaşların barəsində rüsvayedici və böhtan xarakterli məlumatları mətbu orqanlarında müntəzəm yayıb dayandırılması müqabilində pul tələb etməsi və alması, bu üsulla müxtəlif idarə və təşkilatlarda çalışan şəxslərdən, sahibkarlardan dövri haqq toplaması barədə daxil olmuş çoxsaylı şikayətlər DTX-də araşdırılıb.