U-16 millimiz Makedoniyaya uduzdu


İdman 12 İyn 2019 17:50:00 286 0

U-16 millimiz Makedoniyaya uduzdu

Şimali Makedoniyanın Skopye şəhərində təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması hazırlıq çərçivəsində ilk oyununu keçirib.

Goal.az AFFA-nın saytına istinadən xəbər verir ki, Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə oyun 3:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb. Yığmamızın heyətində Ağadadaş Salyanski fərqlənib.

Bu komandalar arasında növbəti oyun iyunun 13-də, Bakı vaxtı ilə saat 13:00-da keçiriləcək.