Ermənilərin saxtakarlığı sərhəd tanımır:


Dünya 12 İyn 2019 17:47:00 227 0

Ermənilərin saxtakarlığı sərhəd tanımır:

Son günlər bədii ədəbiyyatda və mətbuatda guya Məhəmməd peygəmbər də daxil olmaqla böyük nüfuza malik müsəlmanların erməni kilsələrinə ərməğan edilmiş sənədlərdən sitatlar nümayiş etdirilir. Amma maraqlısı odur ki, bu sənədlərin heç birinin əsli olmayıb.

Son.az Axar.az-a istinadən sizlərə ermənilərin ən böyük tarixi saxtalaşdırmasını təqdim edir - Osmanlı Türkiyəsində və Səfəvi imperiyasında erməni ruhanilərinin ərəb-müsəlman sənədlərinin saxtalaşdırma və ogurlanma faktları:

Məsələ ondadırki, erməni katalikosları yaranmış çətin bir siyasi durumda batmamaq üçün ən alcaq yollara əl atırdılar.

İndi isə hələ ermənilərin özünün pofessoru A.D.Papazyanın 1950-60-cı illərdə aşkar etdiyi bəzi saxta sənədləri təqdim edirik. Qeyd edek ki, bu sənədlər Osmanlı dövründə Erməni Katalikosunun arxivində tapılıb:

Onların arasında guya şəxsən Məhəmməd peyğəmbərin Erməni katolikoslarına verdiyi, XVI əsrdə saxtalaşdırılmış məktublar diqqət çəkir. Bu "məktublar" Eçmiadzinə Türkiyənin Axtamar monastrından gəlib çıxıb. Onları görünür Eçmiadzin monastrına köçən zaman erməni kilsə adamları özləriylə gətirib. Bu saxta əlyazmalarının bəzi nüsxələri A.D.Papazyan tərəfindən Matenadaran arxivlərində kilsə sənədləri arasında aşkarlanıb. A.Papazian qeyd etmişdir ki, "Məhəmməd Peyğəmbər adından tərtib olunmuş məktublar haqqında sənədin mətni təhrif olunmuş, ciddi qrammatik və yazım səhvləri ilə yazılmışdır".

Erməni alim qeyd edir ki, Matenadaran arxivində bu sənədin başqa bir kopyası da mövcuddur. Amma bu kopyada kustar üsulla saxtalaşdırılmışdır.