Bakıda 33 məktəbə direktor təyin edilib


Digərləri 12 İyn 2019 17:38:00 212 0

Bakıda  33 məktəbə direktor təyin edilib

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib.

Bakı. İlhamə İsabalayeva - Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-2019-cu tədris ili ərzində 33 nəfər direktor vəzifəsinə işə qəbul edilib. Trend-in məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib. Onun sözlərinə görə, 2018-2019-cu tədris ilində 400 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib. R.Tağıyev qeyd edib ki, 2018-2019-cu tədris ilində təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 61 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 25 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 30 nəfər psixoloq vəzifəsinə, 29 nəfər kitabxanaçı vəzifəsinə, 16 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 44 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 190 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 400 nəfərin işə qəbulu həyata keçirilib: