“İrəli” yenidən “Marş İrəli” hərbivətənpərvərlik düşərgəsini həyata keçirəcək


Digərləri 12 İyn 2019 17:24:00 39 0

“İrəli” yenidən “Marş İrəli” hərbivətənpərvərlik düşərgəsini həyata keçirəcək

"İrəli" İctimai Birliyi və Azərbaycan Respublikası Gənclər Fondunun birgə təşkilatçılığı ilə "Marş İrəli" layihəsi həyata keçiriləcək.

Son.az xəbər verir ki, "İrəli" İctimai Birliyi artıq 2-ci dəfədir ki, açıq hava şəraitində hərbi-vətənpərvərlik düşərgəsi keçirir. "Marş İrəli" layihəsinin ana məqsədi müharibə şəraitində yaşayan dövlətin gənclərinin vətənpərvər ruhda yetişməsinə dəstək verməkdir. Vətənpərvərlik ruhunda böyüyən gəncliyin ərazi bütövlüyümüzün təmin olunmasına və qorunmasına hər an hazır olması və özünü hazır hiss etməsi layihənin qarşıya qoyduğu əsas hədəflərdəndir. Eyni zamanda müharibə şəraitində yaşayan ölkə olaraq gənclərin vətənə, xalqa, millətə bağlılığının artırılması, vətənpərvərlik ruhunun aşılanması, informasiya müharibəsində gənclərin yaxından iştirakının təmin olunması, onların asudə vaxtının səmərəli təşkil edilməsi ilə ümumillikdə gənclər şəbəkəsinin inkişafına nail olmaq da layihənin qarşısına qoyduğu əsas hədəflərdən biridir.

Layihə haqqında fikirlərini qeyd edən "İrəli" İctimai Birliyinin sədri MirHəsən Seyidov bildirib ki,  müharibə vəziyyətində olan dövlət kimi gənclərlə birlikdə hər zaman müəyyən təbliğat işləri aparılmalıdır. Çünki hazırda hərbiçilərlə yanaşı, daha bir "döyüşçü" qüvvəsi var. Böyük bir gənc kütlə vardır ki, biz onları doğru istiqamətə yönləndirməli, istər silah, istərsə də informasiya müharibəsi haqqında məlumat bazasını genişləndirməli, məlumatlandırmalıyıq. Sayca 2-ci dəfədir həyata keçirəcəyimiz MARŞ İRƏLİ layihəsinə maraq yetərincə böyükdür.

"İrəli" İctimai Birliyinin təşəbbüsü ilə 10 günə yaxın müddət ərzində keçiriləcək layihədə gender bərabərliyi qorunmaqla 17-25 yaş arasında 150-yə yaxın respublikanın müxtəlif regionlarından müsahibə yolu ilə seçiləcək gənclər iştirak edəcək. Bu gənclər layihədə iştirak əsnasında aktiv fiziki tapşırıq və oyunlarda həqiqi hərbi xidmətə öncədən hazırlaşacaq, fiziki dözümlülüyünü artıracaq, keçirilən motivasiya xarakterli görüşlər, seminarlar, simulyasiya oyunlarında mənəvi olaraq möhkəmlənəcək və xüsusi təlim modulları vasitəsi ilə daha çox maariflənə biləcəklər. Belə ki, kəşfiyyat bölüyünün maneələri dəf etməsi, hündürlükdən tullanma üsulları, düşmən səngərinə hücum edilməsi təlimləri təcrübi olaraq göstəriləcək. Eyni zamanda təlim iştirakçılarına ocaq əldə etməyin qaydası və qida əldə etmə üsulları haqqında məlumat veriləcək. Taktiki hazırlıq, qarovul hazırlığı, atəş hazırlığı, topoqrafiya, komandir hazırlığı və digər hərbi hazırlıqlar da layihə çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə aiddir. 2018-ci ildə keçirilən layihədə iştirak haqqı qazanmış gənclər yenidən layihədə iştirak edə bilməzlər.

Layihə çərçivəsində gənclər ekstremal şəraitdə qalaraq bir sıra sosial və idman fəaliyyətlərində yer alacaq, onlara peşəkar mütəxəssislərin iştirakı ilə müxtəlif təlim - məşq toplanışları, fiziki və əqli tapşırıqlar, ekspert və qonaqlarla görüşlər və müzakirələr təşkil ediləcəkdir. Həmçinin, gənclər bir sıra fiziki, psixoloji və sosial fəaliyyətlərə cəlb olunacaq, nizam - intizamlı, bilikli və bacarıqlı bir vətəndaş kimi formalaşmaq yolunda təkan əldə edəcəklər. Hərbi simulyasiya formatında keçiriləcək düşərgə gənclərə hərbi mühitin aşılanması, onlarda milli ruhun formalaşması, həmçinin, fiziki və mənəvi möhkəmlənməsinə şərait yaradacaqdır.

Sahil Bağında Baku Food Festin yubiley sezonu açılır like
  • 12 İyn 17:21  
Digərləri Sahil Bağında Baku Food Festin yubiley sezonu açılır

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı

arrow Ətraflı
Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib (FOTO) like
  • 12 İyn 17:20  
Digərləri Almaniyada yəhudi icması Xocalı soyqırımına həsr olunmuş tədbir keçirib (FOTO)

Almaniyanın Leverkuzen şəhərində Davidstern yəhudi icmasının təşkilat

arrow Ətraflı
Bakıda qadın narkotacir ələ keçdi like
  • 12 İyn 17:19  
Kriminal Bakıda qadın narkotacir ələ keçdi

Suraxanı Rayon Polis İdarəsi 31-ci Polis Bölməsi əməkdaşlarının həyat

arrow Ətraflı
“Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar” – deputatdan açıqlama like
  • 12 İyn 17:18  
İdman “Azarkeşlər ağıllıdırlarsa, özləri oynasınlar” – deputatdan açıqlama

Milli Məclisin deputatı, Azərbaycan Boks Federasiyasının vitse-prez

arrow Ətraflı
Masallıda "Mercedes" yanıb like
  • 12 İyn 17:14  
Digərləri Masallıda "Mercedes" yanıb

Hadisə rayonun Hüseynhacılı kəndində qeydə alınıb.

arrow Ətraflı
“Qod Nisanov əmim deyil…” like
  • 12 İyn 17:14  
Şou-biznes “Qod Nisanov əmim deyil…”

11 yaşımda atamı itirmişəm. 12 yaşımdan işə başlamışam, məktəbə n

arrow Ətraflı
Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək like
  • 12 İyn 17:09  
Digərləri Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək

15 iyun saat 18:00-da Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəs

arrow Ətraflı
İyunun 13-nə manatın məzənnəsi like
  • 12 İyn 17:07  
Digərləri İyunun 13-nə manatın məzənnəsi

İyunun 13-nə manatın məzənnəsi açıqlanıb.

arrow Ətraflı
Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb like
  • 12 İyn 17:07  
Siyasət Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salınıb

NATO-nun "Qətiyyətli Dəstək" missiyasının tərkibində fəaliyy

arrow Ətraflı
Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO) like
  • 12 İyn 17:04  
Digərləri Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO)

Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəst

arrow Ətraflı
Hindistan təhlükə ilə üzüzə, like
  • 12 İyn 17:04  
Dünya Hindistan təhlükə ilə üzüzə,

Hindistanın Qucarat ştatının rəhbərliyi bölgəyə güclü "Vayu"

arrow Ətraflı
Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək like
  • 12 İyn 16:58  
Digərləri Dövlət qulluğunda işləmək istəyənlər! Sınaq imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzində dövlət qulluğuna qəbul olmaq istəyən şəx

arrow Ətraflı
ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi like
  • 12 İyn 16:57  
Digərləri ETSN meşə yanğınlarına görə növbətçilik rejiminə keçdi

"Meşə yanğınlarının baş verməməsi və vaxtında qarşısının al

arrow Ətraflı
Türklərin yaşadığı regionda 40 min illik Boz qurd başı tapıldı like
  • 12 İyn 16:54  
Digərləri Türklərin yaşadığı regionda 40 min illik Boz qurd başı tapıldı

Rusiyanın Sibir vilayətinin şərqində fil dişi axtaran insanlar maraqlı k

arrow Ətraflı
Araz Abdullayev forma nömrəsini dəyişdi - FOTO like
  • 12 İyn 16:53  
İdman Araz Abdullayev forma nömrəsini dəyişdi - FOTO

"Qarabağ"ın yarımmüdafiəçisi Araz Abdullayevin forma n&o

arrow Ətraflı