Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək


Digərləri 12 İyn 2019 17:09:00 353 0

Baş İdarə Qurtuluş gününə həsr olunmuş flaşmob təqdim edəcək

15 iyun saat 18:00-da Qış Parkında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı, Azərbaycan Televiziyasının Mədəniyyət Kanalının dəstəyi ilə Bakı şəhər musiqi və incəsənət məktəblərinin şagirdləri flaşmob təqdim edəcək.

Son.az xəbər verir ki, 15 iyun - Qurtuluş gününə həsr olunmuş bu tədbirdə musiqi məktəblərinin 1000 nəfərə yaxın birləşmiş xor ifacısı iştirak edəcək.