Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO)


Digərləri 12 İyn 2019 17:04:00 277 0

Bakcell gənclərin karyera və məşğulluq imkanlarını artırır (FOTO)

Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" tədbirinə qatılıb.

Bakı. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi, UNEC-in təşkilatçılığı ilə "Gənclər üçün Əmək Yarmarkası - 2019" tədbirinə qatılıb. Şirkətdən Trend-ə verilən məlumata görə, çoxsaylı tələbə, magistr və məzunların, dövlət qurumları, yerli və xarici şirkətlərin iştirak etdiyi əmək yarmarkasının əsas məqsədi Azərbaycan gənclərinin məşğulluğunun təmin edilməsinə dəstək göstərməkdir. Əmək yarmarkası zamanı gənclərə Bakcell şirkətində mövcud olan vakansiya və təcrübə imkanları barədə ətraflı məlumat verilib və potensial namizədlərlə müsahibələr keçirilib. Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından olan Bakcell şirkəti gənclərin təhsilinin və karyerasının inkişafına mütəmadi olaraq dəstək göstərir. Şirkət mütəmadi olaraq müxtəlif təhsil müəssisələri, dövlət qurumları və digər təşkilatlar tərəfindən təşkil olunan karyera sərgilərində fəal iştirak edir. Müsahibədən uğurla keçən gənclər ölkənin ən böyük və ən innovativ şirkətlərindən birində iş və ya təcrübə imkanı qazanır. Azərbaycanın ilk mobil operatoru və ən sürətli mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Şirkət öz abunəçilərinə ən mükəmməl 4G/LTE mobil internet xidməti göstərir. Bakcell şirkətinin 4G şəbəkəsi artıq bütün Bakı və Abşeron ərazisi daxil olmaqla ölkənin 40-dan çox rayon və şəhər mərkəzlərində mobil operatorun abunəçilərinə ən üstün müştəri təcrübəsi təmin edir.