Tehranda azərbaycanlı fəalı oğurladılar


Dünya 12 İyn 2019 16:49:00 227 0

Tehranda azərbaycanlı fəalı oğurladılar

Güney azərbaycanlı milli-mədəni fəal Babək Vəlipur İranın paytaxtı Tehranda saxlanılıb.

Son.az teleqraf.com-a istinadən xəbər verir ki, fəal mayın 25-də saxlanılsa da, bu barədə məlumat yeni yayılıb.

Məlumata görə, İranın Kəşfiyyat İşləri üzrə Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən saxlanılan Babək Vəlipur naməlum istiqamətə aparılıb.

Onun harada saxlanıldığı və barəsində hansı ittihamın irəli sürüldüyü məlum deyil.