Zirə-də yeni müqavilə


İdman 12 İyn 2019 16:17:00 225 0

Zirə-də yeni müqavilə

"Zirə" daha bir futbolçusu ilə bağlı qərarını verib.

Goal.az-ın məlumatına görə, müdafiəçi Adrian Skarlatake paytaxt təmsilçisi ilə yeni sözləşmə imzalayıb.

Ötən ilin sentyabrından "Zirə"nin formasını geyinən rumıniyalı futbolçu rəhbərliyin yeni 1 illik müqavilə təklifini qəbul edib. 

Qeyd edək ki, "Zirə" Skarlatakeyə qədər Robin Nqalande, Mfo Kqasvane, Şafik Tiqrudca və Tellur Mütəllimovla yeni saziş bağlamışdı.