Neftçi-də növbəti ayrılıq


İdman 12 İyn 2019 16:00:00 253 0

Neftçi-də növbəti ayrılıq

"Neftçi" daha bir futbolçu ilə yollarını ayırıb.

Goal.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə. Canluka Sansone paytaxt təmsilçisi ilə vidalaşıb.

İtaliyalı forvardın gələn ilin yayına qədər olan müqaviləsinə qarşılıqlı razılıqla xitam verilib. 32 yaşlı forvard artıq azad agent statusu daşıyır.

Qeyd edək ki, ötən mövsümünün qış fasiləsindən sonra böyük ümidlərlə gətirilən Canluka Sansone "Neftçi”nin heyətində 11 oyun keçirib, cəmisi 2 qol vurub.