Bakıda məktəbin qarşısında QANLI DAVA


Kriminal 12 İyn 2019 15:48:00 219 0

Bakıda məktəbin qarşısında QANLI DAVA

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Son.az xəbər verir ki, ötən gecə saat 03:00 radələrində Nizami rayonu Qara Qarayev prospektində yerləşən 61 saylı orta məktəbin qarşısında 1997-ci il təvəllüdlü Əhmədli Naməd Rabil oğlu bıçaqlanıb. Daxilə nüfuz edn 2 bıçaq xəsarəti alan 22 yaşlı oğlan 2 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Onun kim tərəfindən, hansı şəraitdə və nə səbəbdən bıçaqlanması hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır. (publika.az)