İstifadəyə yararlı çimərliklərin işarələnməsi təklif olunur


Digərləri 12 İyn 2019 15:46:00 172 0

İstifadəyə yararlı çimərliklərin işarələnməsi təklif olunur

İstifadəyə yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən layihə hazırlanır.

Bakı. İlhamə İsabalayeva - İstifadəyə yararlı çimərliklərin fərqləndirilməsi və onların ekoloji vəziyyətinin yaxşılaşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən layihə hazırlanır. Trend-in məlumatına görə, bunu nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova deyib. Onun sözlərinə görə, layihəyə əsasən çimmək üçün yararlı olan ərazilərin işarələnməsi və həmin ərazilərə konteynerlərin yerləşdirilməsi təklif edilir: