“Gənclərin Məşğulluğu” proqramına 614 gənc cəlb edilib (FOTO)


Digərləri 12 İyn 2019 15:18:00 165 0

“Gənclərin Məşğulluğu” proqramına 614 gənc cəlb edilib (FOTO)

Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramı cari ilin aprel ayında start götürüb.

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun birgə layihəsi olan “Gənclərin Məşğulluğu” proqramı cari ilin aprel ayında start götürüb. Nazirlikdən Trend-ə verilən məlumata görə, ötən dövrdə proqrama artıq 614 nəfər gənc cəlb edilib. Hazırda işəgötürənlər tərəfindən həmin gənclər arasından müvafiq peşə-ixtisas bacarıqları üzrə namizədlərin seçimi aparılır. Müsbət haldır ki, proqrama qoşulmaq istəyən işəgötürənlərin də sayı artır. Bu barədə Dövlət Məşğulluq Xidməti və Gənclər Fondunun layihəyə qoşulmaq istəyən şirkətlərin nümayəndələri ilə keçirdikləri görüşdə bildirilib.