“Avro-2020” üçün könüllülük proqramına qeydiyyat başlandı


İdman 12 İyn 2019 14:49:00 68 0

“Avro-2020” üçün könüllülük proqramına qeydiyyat başlandı

“Avro-2020”nin Bakı Olimpiya Stadionunda keçiriləcək üç qrup oyunu (müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də), eləcə də dörddəbir final mərhələsi qarşılaşmasının (4 iyul) təşkilati və UEFA ilə əlaqələndirmə işlərindən məsul olan AFFA bu mötəbər yarışda da könüllülərin xidmətindən yararlanacaq.

Goal.az AFFA-ya istinadla xəbər verir ki, bununla əlaqədar iyunun 11-də “Avro-2020” Könüllülər Mərkəzində Avropa çempionatının Bakı şəhəri üzrə könüllülər proqramının təqdimatı keçirilib.

Təqdimatda könüllülər proqramı haqqında ümumi məlumat verilib. Qeyd olunub ki, könüllü cəlb olunması prosesi iyunun 11-dən noyabrın 30-dək müddəti əhatə edəcək. Bu proqrama qoşularaq öz şəxsi keyfiyyət və bacarıqlarını inkişaf etdirmək, yeni beynəlxalq dostlar qazanmaq və futbol dünyasının bir hissəsi olmaq istəyən hər kəs euro2020.affa.az linkinə keçid edərək qeydiyyat formasını doldura bilər. Qeydiyyatdan keçmiş hər bir kəs 2019-cu ilin sentyabrında müsahibəyə dəvət ediləcək.

Könüllülük proqramı nəinki tələbələr, həmçinin qitə əhəmiyyətli idman tədbirinin bir hissəsi olmaq istəyən hər kəsə açıq olacaq. Proqram çərçivəsində təşkilati məsələlərlə bağlı təlimlərin, təhsil-əyləncə kurslarının, xüsusi master-klasslar və sair kimi tədbirlərin keçirilməsi planlaşdırılır.

Könüllü uniforması, yeni dostlar, bilik, bacarıq və beynəlxalq təcrübə əldə etmək istəyən hər bir şəxs proqrama qoşulmağa dəvət edilir. Qeydiyyatla bağlı suallar [email protected] email ünvanına göndərilə bilər.

"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi like
  • 12 İyn 14:48  
Digərləri "Santa Barbara"nın aktyoru dünyasını dəyişdi

Amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib.

arrow Ətraflı
Nazir:" Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib" like
  • 12 İyn 14:46  
Siyasət Nazir:" Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib"

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

arrow Ətraflı
Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi like
  • 12 İyn 14:45  
Digərləri Azərbaycanda elmi adların və dərəcələrin verilməsi prosedurları sadələşdirildi

Prezident İlham Əliyevin elmi adların və dərəcələrin verilməsinə dair

arrow Ətraflı
Bakıda yeni beynəlxalq platforma yaradılıb like
  • 12 İyn 14:44  
Siyasət Bakıda yeni beynəlxalq platforma yaradılıb

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"

arrow Ətraflı
Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib like
  • 12 İyn 14:40  
Digərləri Nazir: Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edib

Azərbaycan və Türkiyə Gürcüstanı birgə hərbi təlimlərə dəvət edir.

arrow Ətraflı
Xanəndə Elnarədən şıdırğı rəqs  VİDEO like
  • 12 İyn 14:39  
Şou-biznes Xanəndə Elnarədən şıdırğı rəqs VİDEO

Əməkdar artist Elnarə Abdullayevanın yeni videosu yayılıb.

arrow Ətraflı
"Avro 2020”nin bilet satışına start verildi like
  • 12 İyn 14:31  
İdman "Avro 2020”nin bilet satışına start verildi

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempi

arrow Ətraflı
Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü like
  • 12 İyn 14:28  
Digərləri Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO) like
  • 12 İyn 14:24  
Digərləri Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperma

arrow Ətraflı
"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər" like
  • 12 İyn 14:21  
Digərləri "Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"

Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!

arrow Ətraflı
Bakıda ağır qəza: ölən var like
  • 12 İyn 14:16  
Digərləri Bakıda ağır qəza: ölən var

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı