Hulusi Akar: Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir


Digərləri 12 İyn 2019 14:48:00 187 0

Hulusi Akar: Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir

Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir

Bakı. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə əməkdaşlığı çox önəmlidir. Trend-in məlumatına görə, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Qəbələdə Azərbaycanın Müdafiə naziri Zakir Həsənov və Gürcüstanın Müdafiə naziri Levan İzoriya ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuata açıqlamasında deyib. H.Akar bildirib ki, bu gün keçirilən görüşdə tərəflər mövcud iş birliyi və əməkdaşlıq potensialının perspektivlərini müzakirə ediblər. Onun sözlərinə görə, üç ölkənin yerləşdiyi bu region hamiya bəlli olduğu kimi, neft və təbii qaz kimi enerji qaynaqlarının dünyaya çatdırılması üçün çox ciddi əhəmiyyətə malikdir: “Bu baxımdan regionda beynəlxalq güclərin maraqlarının toqquşur. Türkiyə, Azərbaycan və Gürcüstanın koordinasiyalı şəkildə bir yerdə əməkdaşlıq edərək çalışması çox önəmlidir”.