"Avro 2020”nin bilet satışına start verildi


İdman 12 İyn 2019 14:31:00 68 0

"Avro 2020”nin bilet satışına start verildi

Futbol üzrə 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarına biletlərin satışına iyunun 12-də start verilib. Bilet almaq arzusunda olanların müraciəti üçün qeydiyyat saytı iyunun 12-dən fəaliyyətə başlayıb.

Goal.az xəbər verir ki, müraciətlərin qəbulunun müddəti iyunun 12-dən iyulun 12-dək davam edəcək. Futbol həvəskarlarının arzusu püşkatma yolu ilə yerinə yetiriləcək. Bununla yanaşı, bilet əldə etmək hüququ müraciətin verilmə tarixindən asılı olmayacaq. Müraciətlərin baxılmasına avqustun sonunadək yekun vurulacaq.

Bakı da daxil olmaqla 12 şəhərdə keçiriləcək çempionata ən ucuz biletlər paytaxtımızla yanaşı, Buxarestdə və Budapeştdə satışa çıxarılacaq. Kateqoriyalardan asılı olaraq, biletlərin qiymətləri 30, 75 və 125 avro təşkil edəcək.

UEFA birinci mərhələdə 1,5 milyon biletin satışa çıxarılacağını açıqlayıb. Turnirin yarımfinal mərhələsinə biletlərin qiyməti kateqoriyalardan asılı olaraq 195, 345 və 595 avro təşkil edəcək. Final oyununu izləmək istəyən azarkeşlər isə müvafiq olaraq 295, 595 və 945 avro ödəməlidirlər.

Bakıda keçiriləcək görüşlərdə tamaşaçı biletlərinin 82 faizi iştirakçı komandaların tərəfdarları və ictimaiyyət üçün nəzərdə tutulub. Qırx dörd oyun üçün 1 milyon bilet 50 avro və ya daha ucuz qiymətə satılacaq. Londonda keçiriləcək iki yarımfinal və final oyunları üçün nəzərdə tutulan biletlərin 40 mini 100 avrodan ucuz qiymətə təklif ediləcək. Satışların birinci mərhələsində bilet üçün müraciət etmiş, lakin əldə edə bilməmiş azarkeşlər üçün yeni imkan olan kimi onlar bu barədə dərhal məlumatlandırılacaqlar.

Bakı Olimpiya Stadionunda çempionatın qrup mərhələsinin üç, dörddəbir final mərhələsinin isə bir oyunu təşkil olunacaq. UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda “A” qrupunun üç oyunu iyunun 13-də, 17-də və 21-də keçiriləcək. Dörddəbir final mərhələsinin qarşılaşması isə iyulun 4-də oynanılacaq.

Gələn il iyunun 12-dən iyulun 12-dək keçiriləcək çempionatın qarşılaşmalarına Bakı, Amsterdam, Bilbao, Budapeşt, Buxarest, Qlazqo, Dublin, Kopenhagen, London, Münxen, Roma və Sankt-Peterburq şəhərləri ev sahibliyi edəcək.

Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü like
  • 12 İyn 14:28  
Digərləri Azadlıq prospektində yolu keçən piyadanı maşın vurub öldürdü

Binəqədi rayonunun Azadlıq prospektində yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO) like
  • 12 İyn 14:24  
Digərləri Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Opperma

arrow Ətraflı
"Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər" like
  • 12 İyn 14:21  
Digərləri "Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər"

Elçin bu gün pulu ilə məni də öldürtdürə bilər, amma qanun var!

arrow Ətraflı
Bakıda ağır qəza: ölən var like
  • 12 İyn 14:16  
Digərləri Bakıda ağır qəza: ölən var

Bakının Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəs

arrow Ətraflı
Azərbaycanlı müğənninin bacısı xərçəngdir like
  • 12 İyn 14:12  
Şou-biznes Azərbaycanlı müğənninin bacısı xərçəngdir

Müğənni Aynur Dadaşovanın bacısı ağır xəstəlikdən əziyyət çəkir.

arrow Ətraflı
Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib like
  • 12 İyn 14:11  
Siyasət Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu dü

arrow Ətraflı
Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib like
  • 12 İyn 14:07  
Digərləri Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu dü

arrow Ətraflı
Bu il TANAPla 790 mln. kubmetr qaz nəql olunub like
  • 12 İyn 14:07  
Digərləri Bu il TANAPla 790 mln. kubmetr qaz nəql olunub

Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitə

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib like
  • 12 İyn 14:06  
Siyasət Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib like
  • 12 İyn 14:03  
Digərləri Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Ümumdüny

arrow Ətraflı
Novxanıda iki avtomobil toqquşdu: yaralılar var  VİDEO like
  • 12 İyn 14:03  
Digərləri Novxanıda iki avtomobil toqquşdu: yaralılar var VİDEO

Binəqədi-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

arrow Ətraflı