Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO)


Digərləri 12 İyn 2019 14:24:00 147 0

Energetika naziri Almaniya Bundestaqının nümayəndə heyətini qəbul edib (FOTO)

Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Bakı. Energetika Nazirliyində Almaniya Bundestaqının vitse-prezidenti Tomas Oppermanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Nazirlikdən Trend-ə verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlər, enerji əməkdaşlığı və regional məsələlər ətrafında müzakirələr aparılıb. Energetika naziri Pərviz Şahbazov Azərbaycan - Almaniya əməkdaşlığının yüksək səviyyədə olduğunu qeyd edib və bu əməkdaşlığın bir çox sahələr üzrə, xüsusilə də enerji sektorunda daha da inkişafı üçün mövcud imkanları diqqətə çatdırıb. Görüşdə enerji sektorunda alman şirkətlərinin iştirakı ilə həyata keçirilən layihələrdən, eləcə də Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan “Cənub Qaz Dəhlizi”nin icra vəziyyəti, enerji təhlükəsizliyi və enerji şaxələndirilməsi layihəsi kimi rolundan danışılıb.