Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib


Siyasət 12 İyn 2019 14:11:14 42 0

Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu düşüncə mərkəzlərindən biri olan Atlantik Şurada Azərbaycanın xarici siyasətinə həsr olunmuş tədbir keçirilib.

Son.az Trend-ə istinadən xəbər verir ki, tədbirdə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Corc Kent ABŞ-Azərbaycan münasibətləri ilə bağlı çıxış edib, daha sonra Azərbaycan Respublikasının Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ilə Atlantik Şuranın Qlobal Enerji Mərkəzinin təsisçi sədri və ABŞ-ın Azərbaycanda keçmiş səfiri Riçard Morninqstarla söhbəti baş tutub. Tədbirdə əsasən Vaşinqtonda akkreditə olunan diplomatik korpusun nümayəndələri və regionla bağlı araşdırma aparan analitiklər iştirak edib. Tədbirin ictimaiyyət üçün açıq olmasından istifadə edərək tədbirdə, həmçinin xeyli sayda erməni lobbiçilərinin nümayəndələri də olub.

İlk əvvəl C.Kent çıxış edərək Azərbaycan-ABŞ əlaqələrinin strateji əhəmiyyəti barədə danışıb. O, Cənubi Qafqazın əhəmiyyəti barədə danışarkən Azərbaycanı vacib tərəfdaş kimi xarakterizə edib və iki ölkə arasında təhlükəsizlik, enerji və iqtisadi inkişafın təmini sahələrində uğurla davam edən əməkdaşlıq barədə danışıb. ABŞ rəsmisi son dövrlər iki dövlətin rəsmilərinin səfərlərinin və dialoqunun artmasını münasibətlərin inkişafının göstəricisi kimi vurğulayıb. C.Kent Əfqanıstanda NATO-nun sülhməramlı əməliyyatlarına göstərdiyi əhəmiyyətli dəstəyə görə Azərbaycana ABŞ hökumətinin təşəkkürünü çatdırıb. Həmçinin o, ABŞ-ın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, ABŞ-ın ATƏT-in Minsk Qrupu çərçivəsində vasitəçilik səylərinə sadiq qaldığını bildirıb və münaqişənin tezliklə həllinin regionda sülh və firavanlığın təmininə imkan yaradacağını vurğulayıb.

Daha sonra ABŞ-ın Azərbaycanda keçmiş səfiri R.Morninqstarın moderatorluğu ilə Hikmət Hacıyev ilə söhbət baş tutub. H.Hacıyev Azərbaycan xarici siyasətinin əsasları, onun strateji mövqeyi, region dövlətləri ilə münasibətləri, həyata keçirdiyi və regionun xəritəsini dəyişən enerji və nəqliyyat layihələri, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin hazırkı mərhələsi barədə danışıb. Prezident Administrasiyasının rəsmisi Azərbaycan rəhbərliyinin göstərdiyi müdrik və təmkinli yanaşmasına baxmayaraq Paşinyan hakimiyyətinin münaqişənin həllində ciddi mövqe nümayiş etdirmədiyini, əksinə bu vaxta kimi vəziyyəti gərginləşdirən bəyanat və addımlarla yadda qaldığını qeyd edib.

Bu xüsusda H.Hacıyev Ermənistanın təmas xəttində Azərbaycan hərbi qulluqçularının ölümü ilə nəticələnən son təxribatları barədə məlumat verib və bu addımların məhz danışıqlar prosesini pozmağa yönəldiyini qeyd edib. H.Hacıyev Ermənistanın hazırda yaşadığı iqtisadi fəsadları sadalayaraq münaqişənin həllinin ilk növbədə Ermənistan üçün faydalar gətirəcəyini, Ermənistanın bu iflasdan çıxmasının yeganə yolunun münaqişənin həllindən keçdiyini, təəssüf ki, hələlik Ermənistanın və erməni diasporasının bunu anlamadığını bildirib. Həmçinin H.Hacıyev Ermənistanın sülh danışıqlarında iştirak etdiyi dövrdə paralel olaraq işğal olunmuş ərazilərdə qanunsuz fəaliyyətləri davam etdirdiyini qeyd edib və beynəlxalq ictimaiyyətin bu məqama daha çox diqqət yönəltməsinin vacib olduğunu vurğulayıb.

Sonda H.Hacıyev auditoriyanın suallarını cavablandırıb. Bu mərhələdə təbirdə kütləvi şəkildə iştirak edən (tədbir ictimaiyyətə açıq olub) erməni lobbiçiləri tərəfindən Azərbaycan nümayəndəsinə təxribatçı suallar ünvanlanıb və H.Hacıyev bu suallara Ermənistanın işğalçı və beynəlxalq hüquq normalarına zidd olan siyasətini ifşa etməklə cavab verib.

Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib like
  • 12 İyn 14:07  
Digərləri Hikmət Hacıyev Vaşinqtonda Atlantik Şurada çıxış edib

ABŞ-ın paytaxtı Vaşinqton şəhərində fəaliyyət göstərən nüfuzlu dü

arrow Ətraflı
Bu il TANAPla 790 mln. kubmetr qaz nəql olunub like
  • 12 İyn 14:07  
Digərləri Bu il TANAPla 790 mln. kubmetr qaz nəql olunub

Bu ilin yanvar-may ayları ərzində Trans-Anadolu Boru Kəməri (TANAP) vasitə

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib like
  • 12 İyn 14:06  
Siyasət Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Pre

arrow Ətraflı
Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib like
  • 12 İyn 14:03  
Digərləri Prezident İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının Baş katibini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 12-də Ümumdüny

arrow Ətraflı
Novxanıda iki avtomobil toqquşdu: yaralılar var  VİDEO like
  • 12 İyn 14:03  
Digərləri Novxanıda iki avtomobil toqquşdu: yaralılar var VİDEO

Binəqədi-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

arrow Ətraflı
Tanınmış müğənni qəzaya düşdü like
  • 12 İyn 14:00  
Dünya Tanınmış müğənni qəzaya düşdü

Məşhur türk müğənnisi Berkay qəzaya düşüb.

arrow Ətraflı
Türkiyə Bosfor boğazını bağladı like
  • 12 İyn 13:58  
Dünya Türkiyə Bosfor boğazını bağladı

Türkiyə Bosfor boğazını gəmilərin hərəkəti üçün bağlayıb.

arrow Ətraflı
İki dost eyni anda, eyni yerdə şəhid oldu  FOTO like
  • 12 İyn 13:54  
Dünya İki dost eyni anda, eyni yerdə şəhid oldu FOTO

Türkiyədə PKK terrorçuları ilə hərbçilər arasında atışma baş verib.

arrow Ətraflı
Sahil Bağında Baku Food Fest-in yubiley sezonu açılır like
  • 12 İyn 13:53  
Digərləri Sahil Bağında Baku Food Fest-in yubiley sezonu açılır

Günəşli paytaxtımızda daha bir, beşinci və yubiley parlaq yemək bayramı

arrow Ətraflı
Hindistan təhlükə ilə üz-üzə, "Vayu" yaxınlaşır like
  • 12 İyn 13:49  
Digərləri Hindistan təhlükə ilə üz-üzə, "Vayu" yaxınlaşır

Hindistanın Qucarat ştatının rəhbərliyi bölgəyə güclü “Vayu” sikl

arrow Ətraflı
Millət vəkili: "Həmin gün Azərbaycanın, sözün əsl mənasında, Böyük Qurtuluş günü oldu" like
  • 12 İyn 13:49  
Siyasət Millət vəkili: "Həmin gün Azərbaycanın, sözün əsl mənasında, Böyük Qurtuluş günü oldu"

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dö

arrow Ətraflı
22 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 12 İyn 13:45  
Kriminal 22 cinayətin üstü “isti izlər”lə açılıb

İyunun 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı