Novxanıda iki avtomobil toqquşdu: yaralılar var VİDEO


Digərləri 12 İyn 2019 14:03:00 231 0

Novxanıda iki avtomobil toqquşdu: yaralılar var  VİDEO

Binəqədi-Novxanı yolunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. 

Son.az oxu.az-a istinadən xəbər verir ki, qəza zamanı "Niva" və "Opel" markalı avtomobillər toqquşub. 

Hadisə nəticəsində iki nəfər xəsarət alıb. Qəzadan sonra yolda tıxac yarandığından sakinlər yaralıları özləri xəstəxanaya çatdırıblar.