Millət vəkili: "Həmin gün Azərbaycanın, sözün əsl mənasında, Böyük Qurtuluş günü oldu"


Siyasət 12 İyn 2019 13:49:00 45 0

Millət vəkili: "Həmin gün Azərbaycanın, sözün əsl mənasında, Böyük Qurtuluş günü oldu"

1993-cü ildə ümummilli lider Heydər Əliyev xalqın təkidi ilə Bakıya dönməsəydi, Gəncə hadisələri zamanı qardaş qırğınının qarşısını almasaydı, bu gün Azərbaycanın müstəqilliyi sual altında qalardı. O zaman dahi şəxsiyyət heç bir çətinlikdən qorxmayaraq, həyatını riskə ataraq Gəncəyə getdi. Hadisələrə düzgün və real qiymət verilməsi üçün o zaman şəxsən qiyamçılarla görüşdü. Daha sonra Milli Məclisin iclasında Gəncə hadisələri ilə bağlı arayış verdi. Həmin çətin və ağır anlarda ümummilli liderin proseslərə müdaxiləsi dərhal öz təsirini göstərməyə başladı və xalqda ölkənin xilas olacağına böyük ümid və inam yaratdı.

Son.az xəbər verir ki, bu fikirləri Trend-ə millət vəkili Xanlar Fətiyev söyləyib.

Onun sözlərinə görə, 26 il bundan qabaq, iyunun 15-də Heydər Əliyevin Milli Məclisin sədri seçilməsi isə Azərbaycanın siyasi və ictimai həyatında əsas dönüş nöqtəsi oldu:

"Həmin gündən Heydər Əliyev Azərbaycanın ikinci rəsmi şəxsi statusu ilə ölkədə baş verən prosesləri nəzarətə götürdü və vətəndaş müharibəsinin, qardaş qırğının qarşısını aldı. Dahi şəxsiyyətin üzaqgörən siyasəti və böyük idarəçilik səriştəsi nəticəsində Azərbaycan xaosdan qurtuldu, inkişaf etməyə başladı. Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu".

Millət vəkili qeyd edib ki, Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışı Azərbaycanın müstəqilliyini, xalqımızın tarixini, bu gününü, dünənini özünə qaytardı, inamını artırdı: "Ulu öndər hakimiyyətə qayıtdıqdan sonra qısa bir zaman kəsiyində ölkədə sabitlik bərpa edildi, cəbhədə sakitlik yarandı, atəşkəsə əməl olundu. Bu mərhələdən sonra xalqımız firavan həyat tərzi sürməyə başladı. Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoydu. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu müasir Azərbaycan dahi şəxsiyyətin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən günü-gündən inkişaf etdirilir, gözəlləşir, güclənir. Heydər Əliyevin möhtəşəm Azərbaycan arzuları bu gün reallaşır. Ölkəmiz artıq dünyanın inkişaf etmiş böyük dövlətləri tərəfindən tərəfdaş kimi qəbul olunur. Bu firavan və xoşbəxt həyat üçün 1993-cü ilin iyun ayının 15-də xaos və hərcimərcilikdən, vətəndaş müharibələrindən qurtulan ölkəmiz daim öz ümummilli liderinə minnətdar olacaq, onun əziz xatirəsini çox böyük hörmətlə anacaq".

22 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 12 İyn 13:45  
Kriminal 22 cinayətin üstü “isti izlər”lə açılıb

İyunun 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Qarabağ afrikalı futbolçu ilə maraqlanır like
  • 12 İyn 13:44  
İdman Qarabağ afrikalı futbolçu ilə maraqlanır

Cənubi Afrika Respublikasının (CAR) Kaizer Chiefs komandası

arrow Ətraflı
Millət vəkili: Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu like
  • 12 İyn 13:41  
Digərləri Millət vəkili: Həmin gün Azərbaycanın sözün əsl mənasında Böyük Qurtuluş günü oldu

Ölkəmiz daim öz ümummilli liderinə minnətdar olacaq, onun əziz xatirəsin

arrow Ətraflı
Repçilərin narkotik qalmaqalı basqınla bitdi like
  • 12 İyn 13:40  
Dünya Repçilərin narkotik qalmaqalı basqınla bitdi

"Kadıköy Acil" və "İstanbul Trip"in keçmiş solisti &qu

arrow Ətraflı
Flora Kərimova yıxılmasın deyə saatlarla evdə gəzirmiş like
  • 12 İyn 13:35  
Şou-biznes Flora Kərimova yıxılmasın deyə saatlarla evdə gəzirmiş

Xalq artisti Flora Kərimova barədə maraqlı fakt ortaya çıxıb.

arrow Ətraflı
Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI like
  • 12 İyn 13:34  
Digərləri Azərbaycanda bahalaşan və ucuzlaşan məhsulların SİYAHISI

2019-cu ilin yanvar-may aylarında istehlak məhsullarının və xidmətlərin q

arrow Ətraflı
Yaqub Mahmudov: "Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar" like
  • 12 İyn 13:31  
Siyasət Yaqub Mahmudov: "Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar"

Azərbaycanlılara qarşı törədilən soyqırımının cəlladı Anastas Mikoy

arrow Ətraflı
Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib (FOTO) like
  • 12 İyn 13:26  
Digərləri Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib (FOTO)

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistan

arrow Ətraflı
Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub: like
  • 12 İyn 13:22  
Dünya Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub:

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb.

arrow Ətraflı
Yaqub Mahmudov: Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar like
  • 12 İyn 13:19  
Digərləri Yaqub Mahmudov: Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar

Azərbaycanlılara qarşı törədilən soyqırım cəlladı Anastas Mikoyan və

arrow Ətraflı
Bu yollarda diqqətli olun! like
  • 12 İyn 13:13  
Digərləri Bu yollarda diqqətli olun!

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xət

arrow Ətraflı
Bakıda yeni beynəlxalq platforma yaradılıb like
  • 12 İyn 13:09  
Digərləri Bakıda yeni beynəlxalq platforma yaradılıb

Bakıda "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması" təsis o

arrow Ətraflı
Övladlığa götürdüyü uşağın vərəm olduğunu öyrəndi like
  • 12 İyn 13:08  
Digərləri Övladlığa götürdüyü uşağın vərəm olduğunu öyrəndi

Azərbaycanda qadın övladlığa götürdüyü uşağın sümük vərəmi oldu

arrow Ətraflı
Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub – 26 yaralı like
  • 12 İyn 13:05  
Digərləri Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub – 26 yaralı

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb

arrow Ətraflı