Repçilərin narkotik qalmaqalı basqınla bitdi


Dünya 12 İyn 2019 13:40:00 403 0

Repçilərin narkotik qalmaqalı basqınla bitdi

"Kadıköy Acil" və "İstanbul Trip"in keçmiş solisti "Şam" ləqəbli repçi Şamil Oymaq eks-qrup dostları barədə iddia irəli sürüb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, İnstaqram səhifəsində repçilərin narkotik satdığını, uşaqları zərərli maddələrə alışdırdığını və satanizmə yönləndirdiyini qeyd edib.

Şamil, eyni zamada, "Kadıköy Acil"in yaradıcısı, "Selo" ləqəbli repçinin onu 10 yaşında narkotikdən istifadəyə məcbur etdiyini vurğulayıb.

Sözügedən açıqlamadan sonra hər iki qrupun üzvləri "Şam"ı təhdid etməyə başlayıblar. Bundan əlavə onlar, Ş.Oymağın evinə basqın ediblər.