Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub:


Dünya 12 İyn 2019 13:22:00 283 0

Səudiyyə Ərəbistanında aeroporta HAVA HÜCUMU olub:

Səudiyyə Ərəbistanında aeroportlardan biri havadan hücuma məruz qalıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, hücuma məruz qalan krallığın cənubundakı Abha hava limanıdır.

İlkin məlumata görə, aeroporta zərbəni Yəməndəki Husilər endiriblər. Raketin aeroportun ərazisinə düşdüyü bildirilir.

Rəsmi televiziya hava limanında ən azı 26 nəfərin yaralandığını bildirir.