Yaqub Mahmudov: Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar


Digərləri 12 İyn 2019 13:19:00 223 0

Yaqub Mahmudov: Mikoyan və oğlu Şaumyana görə elmi ictimaiyyəti aldadıblar

Azərbaycanlılara qarşı törədilən soyqırım cəlladı Anastas Mikoyan və oğlu Şaumyanın sağ qalması faktının araşdırılması üçün Hindistanın Milli Arxivində heç zaman olmayıblar, onlar elmi ictimaiyyəti aldadıblar.

Bakı. İlhamə İsabalayeva - Azərbaycanlılara qarşı törədilən soyqırımının cəlladı Anastas Mikoyan və oğlu Şaumyanın sağ qalması faktının araşdırılması üçün Hindistanın Milli Arxivində heç zaman olmayıblar, onlar elmi ictimaiyyəti aldadıblar. Trend-in məlumatına görə, bunu Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov Polşanın Varşava Universitetində “İnsanlığa qarşı ağır cinayətlər: XX əsrdə Azərbaycan və Polşa xalqlarının tarixi əsasında” mövzusunda beynəlxalq elmi konfransda çıxış edərkən deyib. O bildirib ki, erməni-daşnak quldurları Azərbaycanın türk-müsəlman əhalisinə qarşı soyqırımı cinayəti törədiblər: “Sovet dönəmində soyqırımı cəlladları qəhrəman kimi təqdim edilib. Anastas Mikoyan “26-lar”ın tarixini saxtalaşdırıb. O bildirirdi ki, guya Hindistanın Milli Arxivində olub və Şaumyan Hindistana aparılmayıb. Amma biz sübut etdik ki, Mikoyan və oğlu Hindistanın Milli Arxivində olmayıb, onlar elmi ictimaiyyəti aldadıblar”.