Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib (FOTO)


Digərləri 12 İyn 2019 13:26:06 178 0

Bakıda "I Xəzər iqtisadi Forumu"na həsr olunan dəyirmi masa keçirilib (FOTO)

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I-ci Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masa keçirilib.

Bakı. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin və Türkmənistanın Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə "I Xəzər iqtisadi Forumu"na həsr olunmuş dəyirmi masa keçirilib. Trend-in məlumatına görə, tədbirdə millət vəkilləri, xəzəryanı ölkə səfirlikləri, ekspert və politoloqlar, ziyalılar və tələbələr iştirak ediblər. Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, BMAM sədri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rufiz Qonaqov tədbiri giriş sözü ilə açaraq Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformalarının artırılmasının əhəmiyyətindən danışıb. O, Azərbaycanın Xəzəryanı ölkələrlə dostluq və mehriban qonşuluq münasibətlərinin, ikitərəfli və çoxtərəfli iqtisadi əməkdaşlıq perspektivlərinə diqqəti çəkib. Xəzərin hüquqi statusunun müəyyən edilməsindən sonra Xəzəryanı ölkə başçılarının iştirakı ilə bu ilin avqust ayının 12-də Türkmənistanda təşkil olunacaq I-ci "Xəzər İqtisadi Forum"unun vacibliyindən söz açan BMAM sədri Rufiz Qonaqov, keçirilən bu tədbirin də məhz həmin Foruma həsr edildiyini bildirib. Türkmənistan Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli Səfiri Mekan İşankuliyev "Birinci Xəzər İqtisadi Forumu" mövzusunda cıxış edərək, həm Azərbaycan, həm də digər xəzəryanı ölkələr arasında iqtisadi əməkdaşlığın, bu ölkələrin suverenliyinə vacib təsir göstərdiyini bildirərək, qlobal iqtisadi əməkdaşlığın genişləndiyi müasir dünyada xəzəryanı dostluq və əməkdaşlığın əhəmiyyətini qeyd edib. Məruzə ilə cıxış edən Türkmənistan Respublikasının Azərbaycandakı Səfirliyinin Birinci Katibi O. Cumanazarov "Xəzərin tranzit və logistika potensialı" mövzusunda məruzə ilə cıxış edərək, bildirib ki, müasir iqtisadi inkişaf dünya bazarlarına daha effektiv cıxış yollarının axtarışını tələb edir. Bu baxımdan, Xəzəryanı ölkələr həm quru, həm də dəniz vasitəsilə geoiqtisadi baxımdan daha əlverişli imkanlarını möhkəmləndirməli və birgə səylərini daha da genişləndirməlidirlər. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev "Xəzərhövzəsi ölkələrin beyin mərkəzlərinin əməkdaşlıq perspektivləri" mövzusunda cıxış edərək, xəzəryanı ölkələrin birgə səylərin artırılmasında beyin mərkəzlərinin yaradılması ətrafında fəaliyyətin gücləndirilməsini təklif edib. Həmçinin bildirib ki, iqtisadi inisiativlərin sistemli və effektli nəticələnməsi üçün beyin mərkəzlərinin rolu müstəsna xarakter daşıya bilər. Milli Məclisin deputatı, professor Hikmət Məmmədov "Xəzər dənizi yeni enerji və nəqliyyat-kommunikasiya dəhlizi kimi" mövzusunda cıxış edərək Xəzərin nəqliyyat-kommunikasiya dəhlizi ətrafında real vəziyyət və xəzəryanı dövlətlərin əməkdaşlıq perspektivlərindən, qarşılıqlı fayda gətirən iqtisadi əməkdaşlığın bütün region ölkələri üçün səmərəliliyinin artırılmasının əhəmiyyətindən bəhs edib. Millət vəkili əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan xəzərin qlobal və regional əhəmiyyətli enerji layihələri ətrafında sabit inkişaf strategiyasının bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. "BP-Azərbaycan" şirkətinin vitse-prezidenti Bəxtiyar Aslanbəyli "Xəzər dənizində neft-qaz layihələri" mövzusunda çıxış edərək, xəzər hövzəsinin neft-qaz layihələrinin dünya miqyasında artan əhəmiyyətinə diqqət çəkib, mövcud zəmində xəzəryanı ölkələrin qarşılıqlı fayda verəcək regional və qlobal əhəmiyyətli əməkdaşlığınn gücləndirilməsindən bəhs edib. O, həmçinin, xəzər hövzəsi neft-qaz layihələrinin XXI əsrdə ən iqtisadi səmərəli və strateji enerji layihələrindən olduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.