Bu yollarda diqqətli olun!


Digərləri 12 İyn 2019 13:13:00 250 0

Bu yollarda diqqətli olun!

Bu gün axşam saatlarınadək Zabrat avtomobil yolunda üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Son.az-a verilən məlumata görə, məqsəd Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsidir.

Analoji işlər axşam saat 22:00-da səhər saatlarınadək Azadlıq prospektində də aparılacaq.

Sürücülərdən sözügedən ərazilərdə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.