Planetin ən güclü gimnastları hər kəsi Bakıya dəvət edir: Bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır (VİDEO)


Digərləri 12 İyn 2019 13:14:57 222 0

Planetin ən güclü gimnastları hər kəsi Bakıya dəvət edir: Bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır (VİDEO)

Bakıda möhtəşəm idman tədbirinə - bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır

Bakı. Bakıda möhtəşəm idman tədbirinə - bədii gimnastika üzrə 37-ci dünya çempionatının başlamasına 100 gündən az vaxt qalır. Trend-in məlumatına görə, Bakı 14 ildən sonra dünya çempionatına ev sahibliyi edəcək. Zərif gimnastlar Milli Gimnastika Arenasında, 7 gün boyunca öz güclərini sınayacaqlar. Həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları ayrı-ayrı alətlər və çoxnövçülük üzrə mübarizə aparacaq, həmçinin komanda hesabında da ən yaxşıların adları açıqlanacaq. Yarış ərəfəsində planetin ən güclü gimnastları ən baxımlı, ən gözəl idman növünün tamaşaçılarını Bakıya dəvət edib və dünya çempionatını izləməyə çağırıb. Trend-in təqdim etdiyi videoçarxda bədii gimnastika ulduzları Azərbaycanda dilində salamlayır və hər kəsi bədii gimnastika üzrə 37-ci dünya çempionatına dəvət edir.