Prezident İlham Əliyev: "Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır"


Siyasət 12 İyn 2019 13:02:00 66 0

Prezident İlham Əliyev: "Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır"

Azərbaycan Prezidenti İlham Əliyev Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar Konfrans və Sərgisinin iştirakçılarına müraciət ünvanlayıb.

Son.az AZƏRTAC-a istinadən xəbər verir ki, müraciətdə deyilir:

"Hörmətli konfrans və sərgi iştirakçıları!

Sizi ölkəmizin paytaxtı Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatının İnformasiya Texnologiyaları və Texnoloji İnnovasiyalar üzrə 2019-cu il Konfrans və Sərgisinin açılışı münasibətilə salamlayır, Konfrans və Sərginin işinə uğurlar arzulayıram.

Belə mötəbər tədbirin Bakı şəhərində keçirilməsini çox yüksək qiymətləndiririk.

Öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayan ölkəmiz Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaqda daim maraqlıdır və bu sahədə irimiqyaslı infrastruktur layihələri həyata keçirərək böyük sərmayələr qoyur.

Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük önəm verilmiş, informasiya cəmiyyətinin formalaşması və inkişafı məqsədilə müvafiq milli strategiyalar qəbul edilmişdir.

Cəmiyyətimiz üçün vacib olan elektron xidmətlərin təşkili, "elektron hökumət" üzrə genişmiqyaslı layihələrin həyata keçirilməsi, dövlət idarəçiliyində səmərəliliyin, şəffaflığın və operativliyin artırılmasını təmin edir.

Bu qlobal çağırışlar şəraitində, Azərbaycanın gömrük xidmətində də ciddi işlər aparılır. Gömrük işi sahəsində rəqəmsal gömrük inzibatçılığının inkişaf etdirilməsi, biznes proseslərinin, gömrük nəzarətinin təşkilində, gömrük prosedurlarının sadələşdirilməsi və şəffaflığının artırılması istiqamətində ciddi layihələr həyata keçilir və gömrük sahəsində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə və istifadəsinə xüsusi önəm verilir.

Ümumdünya Gömrük Təşkilatının hər il keçirdiyi bu tədbirdə dünyada tətbiq olunan qabaqcıl yeniliklərin nümayiş etdirilməsi beynəlxalq əməkdaşlığın zəruriliyini bir daha təsdiq edir.

Ümumdünya Gömrük Təşkilatının "SMART sərhədlər üçün yeni texnologiyalar, Ticarət, Səyahət və Daşımalar üçün yeni imkanlar" mövzusunda Konfrans və Sərgisinin ölkəmizdə keçirilməsini alqışlayır, konfransın yekunları üzrə səmərəli nəticələrin əldə ediləcəyini, aparılacaq müzakirələrin və keçiriləcək görüşlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin dərinləşməsinə və bu sahədə yeni təşəbbüslərin meydana çıxmasına mühüm töhfə verəcəyinə ümid edirəm".

Baş nazir: "Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir" like
  • 12 İyn 13:00  
Siyasət Baş nazir: "Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir"

Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır. Bu gün ölkəmizin da

arrow Ətraflı
Meşə zolağında narkotik becərən bağban tutuldu like
  • 12 İyn 12:59  
Kriminal Meşə zolağında narkotik becərən bağban tutuldu

Meşə zolağında narkotik becərən İsmayıllı sakini saxlanılıb.

arrow Ətraflı
Dubayda onlayn dilənçi 50 min dollar qazandı like
  • 12 İyn 12:55  
Dünya Dubayda onlayn dilənçi 50 min dollar qazandı

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yaşayan əcnəbi qadı

arrow Ətraflı
Sabahın hava proqnozu açıqlanıb like
  • 12 İyn 12:53  
Digərləri Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat aç

arrow Ətraflı
Baş nazir: Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir like
  • 12 İyn 12:51  
Digərləri Baş nazir: Ümumdünya Gömrük Təşkilatı Azərbaycanda dayanıqlı inkişafı dəstəkləyir

Azərbaycan çox güclü islahatlar dövrünü yaşayır. Bu gün ölkəmizin da

arrow Ətraflı
Bakıda həkimi öz tələbəsi əməliyyat etdi, like
  • 12 İyn 12:51  
Digərləri Bakıda həkimi öz tələbəsi əməliyyat etdi,

Azərbaycan Dövlət Tibb Universitetinin müəllim, pediatr Sədaqət Şahsuvar

arrow Ətraflı
Qız sevgilisini elə döydü ki, like
  • 12 İyn 12:50  
Dünya Qız sevgilisini elə döydü ki,

ABŞ-da sevgilisini tualet fırçası ilə döyüb, cinsiyyət orqanına güclü

arrow Ətraflı
Noyerdən rekord göstərici like
  • 12 İyn 12:49  
İdman Noyerdən rekord göstərici

Almaniya millisinin qapıçısı Manuel Noyer rekorda imz

arrow Ətraflı
Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib  FOTO like
  • 12 İyn 12:48  
Siyasət Qəbələdə Azərbaycan və Türkiyə müdafiə nazirlərinin görüşü keçirilib FOTO

İyunun 12-də Qəbələ şəhərində Azərbaycan Respublikasının Müdafiə n

arrow Ətraflı
Azay Quliyev: "Bu, region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir" like
  • 12 İyn 12:45  
Siyasət Azay Quliyev: "Bu, region dövlətləri və xalqlarına yaxşı heç nə vəd etmir"

Heç kim üçün sirr deyil ki, soyuq müharibənin başa çatması beynəlxalq

arrow Ətraflı
Meşə zolağında narkotik becərən İsmayıllı sakini saxlanılıb like
  • 12 İyn 12:43  
Digərləri Meşə zolağında narkotik becərən İsmayıllı sakini saxlanılıb

Meşə zolağında narkotik becərən İsmayıllı sakini saxlanılıb.

arrow Ətraflı
Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib (FOTO) like
  • 12 İyn 12:36  
Digərləri Qəbələdə Azərbaycan və Türkiyə Müdafiə nazirlərinin görüşü keçirilib (FOTO)

Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikasının Milli M

arrow Ətraflı