Sabahın hava proqnozu açıqlanıb


Digərləri 12 İyn 2019 12:53:00 207 0

Sabahın hava proqnozu açıqlanıb

Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb.

Bakı. Sabah ölkə ərazisində gözlənilən hava şəraiti ilə bağlı məlumat açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24 gündüz 30-34, Bakıda gecə 21-23, gündüz 32-34 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 755 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz olacaq. Abşeronun şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 22-23 dərəcə isti təşkil edəcək. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) mülayim şimal küləyi əsəcək. Dəniz suyunun temperaturu 24-25 dərəcə isti təşkil edəcək.