Bundestaqın vitseprezidenti: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir"


Siyasət 12 İyn 2019 12:25:00 211 0

Bundestaqın vitseprezidenti: "Almaniya Dağlıq Qarabağ münaqişəsinin həlli üçün əlindən gələni edir"

Azərbaycan almanlar üçün sığınacaq yeri olub. Qafqazda maraqlı tərəfdaşımız Azərbaycandır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Almaniya Bundestaqının vitse-prezidenti Tomas Operman Bakıda keçirilən "Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platforması"nın təsis konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan Almaniyanın 5-ci neft təchizatçısıdır.

Vitse-prezident bildirib ki, sülh yolu ilə danışıqların mütləq nəticələri olur: "Müharibələrin sülh yolu ilə həllinə çalışmaq lazımdır. Dağlıq Qarabağ münaqişəsi 10 illərdir ki, davam edir, insanlar əziyyət çəkir, problemlərlə üzləşir. Biz ATƏT-in bu istiqamətdə sülh missiyasını dəstəkləyirik. Almaniya Federativ Respublikası münaqişənin həlli üçün əlindən gələni edir. Bizim Azərbaycanla və Ermənistanla normal münasibətlərimiz var. Ümid edirəm ki, bu münaqişə sülh yolu ilə həll ediləcək".