Bahar Muradova: Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə imza ata bilərik


Digərləri 12 İyn 2019 12:06:14 53 0

Bahar Muradova: Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə imza ata bilərik

Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir

Bakı. Elçin Mehdiyev - Həssas məqamlarla zəngin geosiyasi zamanda belə bir tədbirin Bakıda keçirilməsi qürurvericidir. Trend-in məlumatına görə, bunu bu gün Milli Məclis sədrinin müavini, Azərbcaycanın ATƏT Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri Bahar Muradova Bakıda Milli Məclisin təşkilatçılığı və ATƏT PA ilə yaxın əməkdaşlıq çərçivəsində keçirilən Regional təhlükəsizlik və əməkdaşlıq üzrə Parlament Konfransı və Dialoq və Əməkdaşlıq üzrə Bakı Parlament Platformasının təsis konfransında bildirib. Onun sözlərinə görə, Bakı Parlament Platformasının yaradılmasında məqsəd ATƏT məkanındakı çağırışlar, xalqlar və dini konfensiyaların qarşı-qarşıya qoyulması nəticəsində yaranan münaqişələrin həllidir: "Hərbi münaqişələr artıb, silahlar bizdən çox danışır. Cinayət və cinayətkarlıq heç bir sərhəd tanımır. Cənubi Qafqaz və nüfuzlu Avropa bölgələrinin iştirakı ilə belə təşəbbüslərin ortaya çıxması təsadüfi deyil. Bu Platforma gələcəkdə öz sıralarına daha çox üzvlər cəlb etməklə regionda təhlükəsizliyə böyük töhfələr verə bilər. Cənubi Qafqaz böyük enerji resurslarına, çevik nəqliyyat infrastrukturuna malikdir". Vitse-spiker nəzərə çatdırıb ki, təsis edilən Platformanın əsas hədəflərindən biri ölkələrdə hökumətlərin fəaliyyətini təşviq etmək, energetika və nəqliyyat sahəsində əlaqələri genişləndirməkdir: "Regional və qlobal təhdidlərə qarşı gücümüzü birləşdirə, yeni ideyaları reallaşdıra bilərik. Cənubi Qafqazda münaqişələrin obyektiv araşdırılması ilə bağlı layihələrə də imza ata bilərik. Biz parlamentlər və xalqlar arasında dostluğa töhfə vermək üçün gedəcəyimiz yolun başlanğıcındayıq. Biz ATƏT-in dəstəyi ilə bu konfransı keçirməklə qarşılıqlı əməkdaşlığı gücləndirəcəyik. Bakı Parlament Platformasının Katibliyi Bakıda yerləşəcək". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib like
  • 12 İyn 12:01  
Digərləri Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul edib

Prezident İlham Əliyev Niderland-Azərbaycan Dostluq Qrupunun sədrini qəbul

arrow Ətraflı
Başıbağlı gəlin namizəd hicabını açdı, like
  • 12 İyn 12:00  
Digərləri Başıbağlı gəlin namizəd hicabını açdı,

İzdivac verilişindən sonra məşhurlaşan Hanife Gürdal yenidən gündəmə

arrow Ətraflı
Gün ərzində 22 cinayətin üstü “isti izlər”lə açılıb like
  • 12 İyn 11:56  
Digərləri Gün ərzində 22 cinayətin üstü “isti izlər”lə açılıb

İyunun 11-dən 12-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət

arrow Ətraflı
Azərbaycanı sevməyənlər: hər şey olduğu kimi  "Politşou" təqdim edir  VİDEOLAYİHƏ like
  • 12 İyn 11:48  
Siyasət Azərbaycanı sevməyənlər: hər şey olduğu kimi "Politşou" təqdim edir VİDEOLAYİHƏ

Son.az Trend İnformasiya Agentliyinə istinadən рolitoloq Elçin Alıoğlunun

arrow Ətraflı
"Santa Barbara"nın aktyoru dünyasını dəyişdi like
  • 12 İyn 11:46  
Digərləri "Santa Barbara"nın aktyoru dünyasını dəyişdi

Amerikalı kino və televiziya aktyoru Cim MakMullan vəfat edib

arrow Ətraflı
“Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz  FOTO like
  • 12 İyn 11:46  
Digərləri “Hercai”nin məşhur ulduzu haqda bilmədikləriniz FOTO

Akın Akınözünün məşhur aktrisa Özlem Akınözünün oğlu olduğu məlum

arrow Ətraflı
Naomi Kempbelin 67 yaşlı anası bikini reklamına çəkildi  FOTO like
  • 12 İyn 11:42  
Digərləri Naomi Kempbelin 67 yaşlı anası bikini reklamına çəkildi FOTO

49 yaşlı Naomi Kempbell bu günə qədər də dünya podiumlarının sevilən

arrow Ətraflı
Kaspşik Yerevanda  Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər like
  • 12 İyn 11:37  
Siyasət Kaspşik Yerevanda Paşinyanla Dağlıq Qarabağ münaqişənin nizamlanmasını müzakirə ediblər

Ermənistanın Baş naziri Nikol Paşinyan Yerevanda ATƏT-in fəaliyyətdə ola

arrow Ətraflı
Azərbaycanı sevməyənlər: hər şey olduğu kimi - "Politşou" təqdim edir (Videolayihə) like
  • 12 İyn 11:35  
Digərləri Azərbaycanı sevməyənlər: hər şey olduğu kimi - "Politşou" təqdim edir (Videolayihə)

Trend İnformasiya Agentliyi рolitoloq Elçin Alıoğlunun "Politşou" videolay

arrow Ətraflı